SƏHİYYƏ

Mutasiyaya uğrayır: Koronavirusun yeni əlaməti aşkarlandı

Kommunarka xəstəxanasının baş həkimi Denis Protsenko bəzi koronavirus xəstələrinin dərisində səpkilərin müşahidə edildiyini deyib.
Sputnik

BAKI, 2 may — Sputnik. Rusiyalı həkim  koronavirusun yeni əlamətinin aşkarlandığını bildirib.

Çox da tərifləməyin – Virusun qarşısını onlar da ala bilmir

Sputnik Türkiyə xəbər verir ki, Kommunarka xəstəxanasının baş həkimi Denis Protsenko bəzi koronavirus xəstələrinin dərisində səpkilərin müşahidə edildiyini deyib.

Həkimin sözlərinə görə, koronavirus xəstələrinin 10 faizində dəridə səpkilər yaranır.

“Daha əvvəl koronavirus xəstələrində dəri səpkiləri olduğu haqqında az yazılmışdı. Çinli həmkarlarımız dərisində səpki müşahidə xəstələrin az olduğunu bildirirdilər” – deyə həkim vurğulayıb.

O, qeyd edib ki, səpkilər daha çox xəstələrin əllərində və qarın bölgəsində olmaqla bədənin müxtəlif yerlərində müşahidə edilə bilər.

Protsenkonun fikrincə, bu virusun mutasiya uğradığının əlamətidir.