BAKI, 2 may — Sputnik. Azərbaycanda bankların ötən illərin nəticəsi üzrə dividend ödənişləri 30 sentyabr 2020-ci il tarixinədək təxirə salınıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu yenilik Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi "Koronavirus (COVID – 19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası"nda nəzərdə tutulub.
Mayın 1-dən qüvvəyə minən və ilin sonunadək qüvvədə olacaq Qaydaya görə, bankların kapital mövqeyinin və maliyyə dayanıqlığının qorunması məqsədilə ötən illərin nəticəsi üzrə dividend ödənişləri 30 sentyabr 2020-ci il tarixinədək təxirə salınmalıdır, 2020-ci il üzrə isə aralıq dividend ödənişləri həyata keçirilməməlidir.