BAKI, 2 may — Sputnik. Bu ilin yanvarında ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) çox az sayda xəstənin müalicəsində daha effektiv dərman olan remdesivirinin istifadəsinə icazə versə də, ötən gün ölkə başçısı Donald Tramp bildirib ki, artıq FDA antiviral dərman olan və Ebola xəstələrinin müalicəsində istifadə olunan remdesivirinin koronavirus xəstələrini müalicəsində təcili istifadəsinə icazə verib.
Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, ölkə başçısı bu barədə ötən gün təşkil olunan brifinqdə deyib. O, bildirib ki, bu dərman ABŞ-a da inanılmaz nəticələr vəd edəcək. ABŞ-ın Milli Sağlamlıq İnstitutu da bu dərmanı qəbul edən xəstələrin daha tez sağalmasına diqqət çəkərək nəticələrin müsbət olacağını, rəqəmlərin nikbinə doğru dəyişəcəyini proqnozlaşdırıb.
Artıq Yaponiyada da koronaviruslu xəstələrin müalicəsində bu dərmandan istifadə edəcəyini bildirib.
Xatırladaq ki, bir müddət öncə, Almaniya da bəyan etmişdi ki, kroonaviruslu xəstələrin müalicəsində bu dərmandan istifadə edəcək. Almaniyada "Remdevisir" adlanan dərman hesabına koronaviruslu xəstələr 4-7 gündə tamamilə yaxşılaşıblar. Belə ki, Münhendə sınaqdan keçən bu dərmanla bir həftə ərzində 42 nəfərin səhhəti yaxşılaşıb. Dərmanı ilk dəfə olaraq qəbul edən şəxslər temperaturlarının dərhal düşdüyünü, təxminən 4 günə isə virusun əsas əlamətlərinin, eləcə də quru öskürəyin də yoxa çıxdığını deyiblər. Qeyd edək ki, bu günə qədər dərman ancaq könüllülərə verilib. Amma tezliklə "Remdevisir"in kütləvi istehsalına başlanılacağı və bütün xəstələrə veriləcəyi gözlənilir.
Qeyd edək ki, öncə Ebola virusuna görə istehsal olunan və koronavirusdan müalicədə də istifadə olunan bu dərman sayəsində digər ölkələrdə də müsbət nəticələr əldə olunub.