HADİSƏ

Lüksemburq kəndi yaxınlığında ağır qəza, 6 yaşlı Hüseyn öldü

Hərəkətdə olan “VAZ 21 06” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil Kür çayına aşıb.
Sputnik

BAKI, 2 may — Sputnik. Samuxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bərdədə qəza baş verib: ölən və yaralananlar var

Sputnik Azərbaycan-ın xəbərinə görə, hadisə rayonun Lüksemburq kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21 06” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil Kür çayına aşıb. Qəza zamanı 6 yaşlı uşaq boğularaq ölüb, 3 nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Ölən şəxs 2014-cü il təvəllüdlü Süleymanov Hüseyn Elnur oğlu, ağır xəsarət alan şəxs isə Məmmədov Raqif Qəzənfər oğludur.

Digər iki nəfər yüngül xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.