CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin rejimindən çıxma aşağı templə həyata keçiriləcək

Bakı, Sumqayıt, Lənkəran, Gəncə və Abşeron rayonlarında yoluxma çox olduğundan karantin rejimindən çıxma aşağı templə həyata keçiriləcək
Sputnik

BAKI, 1 may — Sputnik. Aprelin 27-dən sonra sağalanların sayı çoxalsa da, yoluxanlar da var. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti (NK) yanında Operativ Qərargahın mətbuat konfrasında NK-nın mətbuat katibi İbrahim Məmmədov bildirib. O deyib ki, bir-birinə zidd dinamika davam etdiyindən, Operativ Qərargah karantin rejimini 4 maydan 31 mayadək yumşaldılmış şəkildə davam etdirilməsinə qərar verilib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt, Lənkəran, Gəncə və Abşeron rayonlarında yoluxma çox olduğundan aprelin 27-dən sonra sağalanların sayı çoxalsa da, yoluxanlar da var. İ.Məmmədov qeyd edib ki, adıçəkilən ərazilərdə yoluxma çox olduğundan karantin rejimindən çıxma aşağı templə həyata keçiriləcək.