İDMAN

Millimizin üzvü karantindən çıxıb xarici kluba keçdi

O, ölkə xaricində çıxış etdiyi üçün koronavirus pandemiyası səbəbindən Azərbaycana qayıdarkən karantinə alınan milli komandanın üzvlərindən biri idi
Sputnik

BAKI, 30 aprel — Sputnik. Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova Belarusun "Minçanka" klubuna keçib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə klubun rəsmi "Feysbuk" səhifəsi məlumat yayıb. 27 yaşlı hücumçu 2020/2021 mövsümündə bu komandada oynayacaq. O, yeni klubunda 10 nömrəli forma ilə çıxış edəcək .

"Minçanka" Rusiya çempionatında mübarizə aparır.

Qeyd edək ki, M.Əzizovanın son klubu "Radomka" (Polşa) olub. Buna qədər o, "Telekom Bakı", Türkiyənin "Beşiktaş", Polşanın "Eneya PTPS" klublarını təmsil edib. O, ölkə xaricində çıxış etdiyi üçün koronavirus pandemiyası səbəbindən Azərbaycana qayıdarkən karantinə alınan milli komandanın üzvlərindən biri idi.