Tovuz rayon Alakol kənd sakini Şahin Kazımov artıq 20 ildir dekorativ ağacların istehsalı və satışı ilə məşğuldur. O, 1,5 hektar ərazisi olan bağında 300-400 min müxtəlif ağac növü yetişdirir.
Hal-hazırda isə bu ağacların çoxu baxımsız qalıb. Karantin rejiminə görə onun sahəsində günəmuzd çalışan fəhlələr işə gələ bilmirlər.
“İndi tək özümüz işləyirik. Sahəmizi alaq basıb, mən isə artıq yaşıma görə əvvəlki tək işləyə bilmirəm. Yolların açılmasını gözləyirik ki, fəhlələr gəlib işləyə bilsinlər”, - deyə ağsaqqal bağban bizimlə bölüşüb.
İnad və bacarığın nəticəsi - Mingəçevirli "Miçurin" mümkün olmayanı edib>>
Adətən Kazımov əkdiyi bütün bitkilərə bir il qulluq zəmanəti verir. Təcrid rejimi həmin bitkiləri də qayğısız qoyub. Bağbanın bütün ümidi karantin rejiminin qısa müddətdə bitməsidir.