İDMAN

Əvvəl "gələrəm" deyirdi, indi "yox" dedi: Türkiyəli futbolçu təklifimizə cavab verdi

Hasan Hüseyn Acar ötən il verdiyi açıqlamada isə millimizdən gələn təklifə müsbət yanaşdığını bildirmişdi.
Sputnik

BAKI, 29 aprel — Sputnik. "Kayserispor"un futbolçusu Hasan Hüseyn Acar Azərbaycan millisindən gələn təklifdən imtina edib.

Başıbəlalı AVRO-2020-yə daha bir zərbə gəlir - Bu dəfə virusdan yox

Sputnik Azərbaycan xəbər verir ki, bunu 26 yaşlı yarımmüdafiəçi Türkiyə mətbuatına müsahibəsində özü bildirib.

Türkiyəli futbolçu ölkəsinin milli komandasında çıxış etmək arzusunda olduğunu və buna görə AFFA-nın təklifini qəbul etmədiyini söyləyib: "Hər oyunçunun milli komandada oynamaq hədəfi var. Əsas millimizdə oynamaq istəyirəm. Bu mövsüm Azərbaycan millisindən təklif aldım, amma mən Türkiyə yığmasında oynamaq istəyirəm. Bu, hər bir gənc türk oyunçular kimi mənim də hədəfimdir. Ona görə də Azərbaycandan gələn təklifə rədd cavabı verdim. Türkiyə yığmasına yaxınlaşdığımı düşünürəm. Bu çıxışımı davam etdirə bilsəm, milliyə çağırılacağıma inanıram".

Hasan Hüseyn Acar ötən il verdiyi açıqlamada isə millimizdən gələn təklifə müsbət yanaşdığını bildirmişdi. "Azərbaycan millisində oynamağa müsbət baxıram. Türkiyə millisində çıxış etmək istəyərəm, amma Azərbaycan yığmasında oynamaq da qürur verər", - deyə o qeyd etmişdi.

Qeyd edək ki, hazırda "Kayserispor"u Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Robert Prosineçki çalışdırır.