Sputnik mətbuat mərkəzlərinin Böyük Vətən Müharibəsində qələbənin 75-illiyinə həsr edilmiş ənənəvi layihəsi olan “Cəbhə Xatirələri” əsgər və zabit övladlarının xatirələrini yad edir.
Yalnız Azərbaycanda deyil, ölkənin xaricində də olduqca məşhur olan Xalq yazıçımız, “Şöhrət” ordeni laureatı, ssenari müəllifi və kinodramaturq Natiq Rəsulzadə “Cəbhə Xatirələri” layihəsində iştirak edib. Xalq yazıçısı öz atası, Böyük Vətən müharibəsi veteranı olan Rəsul Rəsulzadə Məmmədnağı oğlu haqqında xatirələrini bizimlə bölüşüb.
“Cəbhəyə heç 20 yaşı tam olmamış yollanıb və 1945-ci ilə qədər müharibə yolu keçib. Birinci dəfə yaralananda zədəsi ciddi olmayıb, ikinci dəfə isə əlinə qəlbə yarası alıb və əli müvəqqəti olaraq iflic olub. Buna görə Qələbə Gününü hospitalda qarşılamalı olub. Atam siyasətdən çox uzaq idi və yalnız Bakıda qalan doğmalarının sağ qalması naminə vuruşub”, - deyə Xalq yazıçısı bölüşüb.
Rəsulzadənin sözlərinə görə, bu gün Böyük Vətən müharibəsi haqqında həqiqətləri mütləq çatdırmaq lazımdır, xüsusilə də cavan nəsillərə.
Müharibəni ürəyində daşıyan veteran: “Satqını gözümün önündə güllələdilər”>>
Qələbə Günü ərəfəsində Azərbaycan, Belarus, Qırğızıstan, Moldova, Gürcüstan və Qazaxıstan Sputnikləri Belarus, Baltik, Qafqaz, Cənub və digər cəbhələrdə vuruşmuş əsgər və zabitlərin ailələrin xatirələrini dərc edir.
“Cəbhə Xatirələri” bu ailə xatirələrini müharibə salnamələrinin bir hissəsinə çevirəcək və hər kəsə əziz olan Qələbənin hansı qəhrəmanlıqlar sayəsində qazanıldığını bir daha xatırladacaq.