CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kamil, Tolik, Ruhi, Fatimə, Rəqsanədən kövrək addım: Heç nəyə məhəl qoymadan yardıma davam

Ölkənin populyar şəxsləri koronavirus pandemiyası dövründə insanlara dəstək məqsədilə keçirilən xeyriyyə aksiyalarının videohesabatlarının əsl səbəbini açıqlayıblar.
Sputnik

BAKI, 27 aprel – Sputnik, Kəmalə Əliyeva. Koronavirus pandemiyası ilə əlaqədar karantin dövründə azərbaycanlı məşhurların ehtiyac içində yaşayan həmvətənlərimizə kömək məqsədilə çoxlu xeyriyyə işləri gördüyü üzə çıxıb.

Onlar vaxtaşırı sosial şəbəkələrdə xeyriyyə aksiyalarından hazırlanmış videohesabatları yayır, digər həmkarlarını da bu xeyirxah işə qoşulmağa çağırırlar. Kimsə onların davranışını təqdir edir, kimi də bunu özünüreklam adlandıraraq tənqid atəşinə tutur.

Sputnik Azərbaycan-ın müxbiri xeyriyyəçiliklə fəal məşğul olan azərbaycanlı məşhurlarla söhbət edərək onların əsl məqsədlərini ayırd etməyə çalışıb.

Tanınmış müğənni Gülay Zeynallının həyat yoldaşı, məşhur məşqçi Kamil Zeynallı karantin başlanandan ehtiyacı olanlara yardım üçün 100 min manatdan çox vəsait xərcləyib. O, əvvəllər də xeyriyyəçiliyi ilə məşhur idi. Lakin ilk dəfə olaraq bu cür irimiqyaslı aksiya keçirir və çox sayda ehtiyacı olanlara kömək edir.

"Ölkədə karantin elan edildikdən sonra mənə müxtəlif insanlardan çox sayda mesaj gəldi. Onlar məndən kömək istəyirdilər. Mən sadəcə onlara kömək etməyə bilməzdim. Köməyə ehtiyacı olanların sayı getdikcə artırdı. Ona görə də öz tanışlarıma, dostlarıma müraciət etmək qərarına gəldim ki, onlar da mənim aksiyama qoşulsunlar. Onların hər biri kömək etməyə hazır idi və bu insanlar sayəsində mən hələ də yardımları davam etdirirəm", - deyə K.Zeynallı bildirib.

Bu cür yardım aksiyalarının ictimailəşdirilməsinə gəlincə, Zeynallı deyib ki, burada məqsəd diqqəti onun şəxsinə deyil, həqiqətən yardıma ehtiyacı olan insanlara cəlb etməkdir. Zeynallı əmindir ki, onun reklama ehtiyacı yoxdur və heç vaxt özünü xeyriyyəçilik hesabına reklam etməyib.

"Mən ilk gündən mənə dəstək verən və pul ayıran həyat yoldaşıma minnətdaram. Onun köməyi olmadan heç bir şey edə bilməzdim. Bu çətin dövrdə hər birimiz öz həmvətənlərimizə kömək etməliyik. Bilirəm ki, reklamı tənqid edənlərin əksəriyyəti bir toydan 15 min manatdan çox pul qazanan həmkarlarımdır. Tənqidlə məşğul olmaq əvəzinə, qoy öz pullarından heç olmasa bir manat ehtiyacı olanlara xərcləsinlər", - İsmayılova deyib.

Sözügedən məşhurların hamısı birmənalı şəkildə deyiblər ki, tənqidlərə baxmayaraq, karantinin sonuna qədər xeyriyyəçiliklə məşğul olmağı davam etdirməyi planlaşdırırlar.