Uhan tam təmizləndi – Daha xəstə yoxdur

Ötən sutka ərzində Çində COVID-19 infeksiyasına 11 yeni yoluxma halı aşkarlanıb. Onların 5-i xarici mənşəli yoluxmadır. Ölüm faktı qeydə alınmayıb.
Sputnik

BAKI, 26 aprel – Sputnik. Çində yeni növ koronavirusun aşkarlandığı Uhan şəhərindəki xəstəxanalarda müalicə alan bütün COVID-19 xəstələri sağalıb. Sonuncu xəstə aprelin 24-də xəstəxanadan buraxılıb.

İranda daha mindən çox adam koronavirusa yoluxdu

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitənın açıqlamasında bildirilir ki, ötən sutka ərzində Çində COVID-19 infeksiyasına 11 yeni yoluxma halı aşkarlanıb. Onların 5-i xarici mənşəli yoluxmadır. Ölüm faktı qeydə alınmayıb. Müalicəni başa vuran 48 pasiyent ötən sutka ərzində evə buraxılıb.

Qeyd edək ki, ötən ilin dekabrında Hubey vilayətinin inzibati mərkəzi olan Uhan şəhərində aşkarlanan yeni növ koronavirusa Çinin materik hissəsində indiyədək 82 min 827 nəfər yoluxub, 4632 nəfər ölüb, 77 min 394 nəfər sağalaraq xəstəxananı tərk edib. Hazırda xəstəxanalarda cəmi 801 pasiyent var.

Çinin Honkonq xüsusi inzibati bölgəsində indiyədək 1037 yoluxma və 4 ölüm, Makao xüsusi inzibati bölgəsində 45 yoluxma, Tayvan adasında isə 429 yoluxma və 6 ölüm qeydə alınıb.