Mövsüm başlamamış bitir – İtaliya turist qəbul etməyə bilər

İtaliya Mədəniyyət və Turizm naziri Dario Françeskini bildirib ki, sərhədlərin açılması epidemioloji vəziyyətdən və hər bir dövlətin ayrı-ayrılıqdakı siyasətindən asılıdır
Sputnik

BAKI, 26 aprel – Sputnik. İtaliyanın sərhədləri bu ilin sonuna qədər turistlər üçün bağlı qala bilər.

Turizm cənnəti cəhənnəmə dönüb – Xərclər 96 faiz azalıb

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu “La Repubblica” qəzetinə müsahibəsində İtaliya Mədəniyyət və Turizm naziri Dario Françeskini bildirib.

Nazir deyib ki, sərhədlərin açılması epidemioloji vəziyyətdən və hər bir dövlətin ayrı-ayrılıqdakı siyasətindən asılıdır. Bu zaman o, may ayında İtaliyada koronavirus təhlükəsi ilə əlaqədar bağlanmış muzeylərin və  məşhur məkanların açılacağını da söyləyib. Nazir bu məkanlar sırasında sırada Kolizey və Pompey antik şəhərinin adlarını çəkib.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 koronavirus infeksiyasını pandemiya elan edib. Son məlumatlara görə, dünyada 2,9 milyon insan virusa yoluxub, onlardan 203 mini vəfat edib.