RUSİYA

Onu Avropanın ən sadiq futbolçusu saydılar

Rusiyanın SSKA futbol klubunun 34 yaşlı qapıçısı İqor Akinfeyev 17 il 3 ay 23 gündür Rusiya klubunun formasını geyinir.
Sputnik

BAKI, 26 aprel – Sputnik. Transfermarkt saytı Avropanın on böyük liqasında klubuna ən sadiq futbolçuların siyahısını hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, saytın "Instagram" hesabında yayımlanan siyahının birinci pilləsində Rusiyanın SSKA futbol klubunun qapıçısı İqor Akinfeyev qərarlaşıb. 34 yaşlı qolkiper 17 il 3 ay 23 gündür Rusiya klubunun formasını geyinir. Fransanın "Sent-Etyen" klubunun müdafiəçisi Loik Perren ikinci, İspaniyanın "Barselona" komandasının hücumçusu Lionel Messi isə üçüncü olub. Dördüncü və beşinci yerləri isə müvafiq olaraq Françesko Manyanelli ("Sassuolo") və Corco Kyellini ("Yuventus") tamamlayıblar.