Trampdan jurnalistlərə koronavirus ittihamı - Şişirdirsiz!

"Biz ilk pillədə deyilik. Çin birinci yerdədir. Biz heç yaxın da deyilik. Çinlilər bizdən çox qabaqdadır. Niyə bunu göstərmək istəmirsiniz?", - deyə ABŞ prezidenti qeyd edib
Sputnik

BAKI, 20 aprel — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp koronavirusla bağlı vəziyyətin işıqlandırılmasına görə jurnalistləri tənqid edib. Onun fikrincə, ABŞ KİV-i yalan informasiya yayır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir.

Almaniya Çindən koronavirusun mənşəyinə dair izah tələb etdi

"Biz ilk pillədə deyilik (COVİD-19 pnevmoniyasından ölənlərin sayına görə). Çin birinci yerdədir. Biz heç yaxın da deyilik. Çinlilər bizdən çox qabaqdadır. Niyə bunu göstərmək istəmirsiniz?", - deyə ABŞ prezidenti qeyd edib.

Qeyd edək ki, aprelin 19-u Tramp Çinin koronavirusla bağlı məlumatları gizlətdiyinə görə cavab verəcəyinə söz verib. O qeyd edib ki, əgər məlum olsa ki, Çin hökuməti qəsdən məlumatları gizlədib, onda buna cavab verməlidir.

Xatırladaq ki, bu günə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 2 404 325-ə çatıb. Məlumata əsasən, virusa yoluxmuş 165 238 nəfər vəfat edib, 620 696 minə yaxın şəxs isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 759 min 687 nəfərə çatıb ki onlardan 35 mindən çox şəxs vəfat edib. Avropada virusa yoluxanların sayına görə İspaniya ilk yerdədir. Belə ki, bu ölkədə 198 674 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.