İranda koronavirusdan ölənlərin sayı beş mini keçib

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur 3513 pasiyentin vəziyyətinin ağır olduğunu söyləyib
Sputnik

BAKI, 18 aprel — Sputnik. "Son bir gün ərzində İranda koronavirusdan 73 nəfər vəfat edib, bununla da ölkədə indiyədək bu virusdan ölənlərin sayı 5031-ə yüksəlib".

Dəhşətli rəqəm: Koronavirus qurbanlarının sayı 150 min nəfəri ötüb

Sputnik AzərbaycanIRNA-ya istinadən xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.

O bildirib ki, son sutka ərzində 1374 yeni yoluxma faktı qeydə alınıb: "İndiyədək İranda COVID-19 virusuna yoluxanların sayı 80868-ə çatıb və virusa yoluxmuş 55987 nəfər sağalıb".

İran Səhiyyə Nazirliyinin sözçüsü 3513 pasiyentin vəziyyətinin ağır olduğunu söyləyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 252 000-i ötüb. Bunların 574 818 nəfəri sağalıb, 154 331 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.