SƏHİYYƏ

Azərbaycanda daha 3 nəfər virusdan öldü

Hazırkı dövrədək ölkəmizdə 1373 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 590 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib
Sputnik

BAKI, 18 aprel — Sputnik. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı koronavirisin ölkədə yayılması ilə bağlı yeni məlumat açıqlayb.

Dəhşətli rəqəm: Koronavirus qurbanlarının sayı 150 min nəfəri ötüb

Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Respublikasında 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1373 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 590 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib, 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.