ABŞ dəhşət yaşanır – Sutka ərzində 4,6 min ölü

Ümumilikdə Amerikada 671 mindən çox insan COVID-19 xəstəliyinə yoluxub. Onlardan 33284 xəstə dünyasını dəyişib.
Sputnik

BAKI, 17 aprel — Sputnik. ABŞ-da koronavirusdan ölənlərin sayında rekord qeydə alınıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə öz hesablamalarını federal və yerli statistika, eləcə də digər mənbələr əsasında aparan Cons Hopkins Universitetinin məlumatlarında deyilir. 

Virus doğrudan da “kömək” edirmiş – Azərbaycanda da hiss olundu

Universitetin hesablamalarına görə, aprelin 15-dən 16-dək sutka ərzində 4591 nəfər vəfat edib, 31451 yeni xəstələnmə halı qeydə alınıb. Sutka ərzində ölüm göstəricisi adi haldan təxminən iki dəfə yüksək olub.

Ümumilikdə ABŞ-da 671 mindən çox insan COVID-19 xəstəliyinə yoluxub. Onlardan 33284 xəstə dünyasını dəyişib.

Xatırladaq ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində yeni tip koronavirus (SARS-CoV-2) yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də koronavirusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə pandemiya elan edib.

Dünyada koronavirusa indiyədək yoluxanların sayı 2 milyonu keçib, 146 mindən çox adam isə virus səbəbilə ölüb.