Dizaynerlər hesab edirlər ki, karantin heç də ruhdan düşmək və pis görünmək üçün səbəb deyil. Və onlar adi tibbi maskaları dəbli və ən populyar aksessuara çevirmək qərarına gəliblər.
YAR şirkəti, məsələn, öz müştəriləri üçün çoxdəfəlik və rəngarəng maskalar təklif edir. Bu cür aksessuarlar təhlükəsizlik üçün deyil, əsl tibbi maskanın üzərindən gözəllik üçün taxılır. Maskalar yuyula bilir, printlər isə müştərinin istəyinə uyğun olaraq seçilir.
Burada maska pulsuzdur. İnsanlıq da...>>
Bu cür maskaların bir ədədi 13 manata başa gəlir və əldə edilən bütün gəlirləri şirkət xeyriyyə məqsədlərinə xərcləyir – ehtiyacı olanlar üçün ərzaq alınır.