BAKI, 12 aprel – Sputnik. Ötən gün Şabranın Zeyvə kəndində ana və oğlunu ov tüfəngi ilə güllələyərək öldürən şəxs saxlanılıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, qətli törətdikdən sonra hadisə yerindən qaçan 1986-cı il təvəllüdlü İslamov Nahid Eynulla oğlu gecə saatlarında hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisə zamanı N.Islamov həmkəndliləri 1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu ov tüfəngi ilə güllələyərək qətlə yetirib.
Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi açılıb, istintaq davam etdirilir.