Boris Conson evə buraxıldı – Virusa qalib gəldi

Baş nazirin səhhəti xeyli yaxşılaşıb və həkimlər onun müalicəsini evdən davam etdirməsinə icazə veriblər. Buna baxmayaraq, 55 yaşlı Baş Nazir dərhal işə qayıtmayacaq. Onun hələ bir neçə gün həkim nəzarəti altında reabilitasiya kursu keçəcəyi bildirilir.
Sputnik

BAKI, 12 aprel – Sputnik. Böyük Britaniyanın Baş Naziri Boris Conson bu gün xəstəxananı tərk edərək evə buraxılıb.

Boris necədir - Britaniya baş nazirinin vəziyyəti açıqlandı

Sputnik Azərbaycan xəbər verir ki, Baş nazirin səhhəti xeyli yaxşılaşıb və həkimlər onun müalicəsini evdən davam etdirməsinə icazə veriblər. Buna baxmayaraq, 55 yaşlı Baş Nazir dərhal işə qayıtmayacaq. Onun hələ bir neçə gün həkim nəzarəti altında reabilitasiya kursu keçəcəyi bildirilir.

Qeyd edək ki, martın 27-də Birləşmiş Krallığın hökumət başçısı Boris Consonun koronavirusa yoluxduğu məlum olub. Həmin gündən etibarən özünü izolyasiya edən Baş Nazir aprelin 3-də hərarətinin düşmədiyini, öskürəyinin dayanmadığını bildirib. Aprelin 5-də xəstəxanaya yerləşdirilən Boris Conson ertəsi gün reanimasiyaya köçürülüb.