HADİSƏ

Şabranda dəhşət: Həbsxanadan buraxılan şəxs ana və oğulu öldürdü

Bu yaxınlarda həbsdən buraxılan Nahid Məmmədov 1963-cü il təvəllüdlü İstək adlı qadını və onun oğlu, 1983-cü il təvəllüdlü Məhəbbət adlı şəxsi ov tüfəngindən atəş açaraq öldürüb.
Sputnik

BAKI, 11 aprel – Sputnik. Şabranda qətl hadisəsi törədilib.

Amansız qətl: Anasını öldürüb qohumlarına xəbər verdi

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Zeyvə kəndində baş verib.

Belə ki, bu yaxınlarda həbsdən buraxılan Nahid Məmmədov 1963-cü il təvəllüdlü İstək adlı qadını və onun oğlu, 1983-cü il təvəllüdlü Məhəbbət adlı şəxsi ov tüfəngindən atəş açaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.