CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülər rahat oturmasın – Cərimə sistemi qüvvədədir

Əgər nəqliyyat vasitəsi hərəkətdə olarkən yol polis inspektoru tərəfindən aşkar edilərsə, o zaman həmin inspektorun cərimə yazmağa ixtiyarı var
Sputnik

BAKI, 11 aprel — Sputnik. Azərbaycanda istifadədə olan və karantin müddətində icbari sığortasının vaxtı başa çatmış nəqliyyat vasitələrinin xüsusi texniki vasitələrlə aşkarlanması dayandırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Baş Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib.

Küçədə pişik gəzdirmək cərimə ilə nəticələndi

Onun sözlərinə görə, hazırda həmin nəqliyyat vasitələri xüsusi texniki vasitələrlə aşkar edilərək cərimələnmir: "Əgər nəqliyyat vasitəsi hərəkətdə olarkən yol polis inspektoru tərəfindən aşkar edilərsə, o zaman həmin inspektorun cərimə yazmağa ixtiyarı var. Çünki icbari sığorta şirkətləri fəaliyyət göstərir və nəqliyyat vasitəsi onlayn qaydada icbari sığorta olunur. Bunun üçün avtomobilin sığorta şirkətinə getməsinə ehtiyac yoxdur. Ona görə də istənilən şəxs nəqliyyat vasitəsini onlayn qaydada sığortalaya bilər".

K.Əliyev bildirib ki, icbari sığorta müddəti başa çatan nəqliyyat vasitəsi hansısa qəza törədərsə, həmin halda həm qarşı tərəfə dəyən ziyan, həm də həmin avtomobilə dəymiş ziyan ödənilməyəcək.