SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ prezidenti olmaq üçün kim daha şanslıdır – politoloq şərh edir

Politoloq Mübariz Əhmədoğlu deyir ki, koronavirus Birləşmiş Ştatların səhiyyəsindəki problemləri üzə çıxardı
Sputnik

Amerikalı senator Berni Sanders seçkiqabağı marafonda iştirakını dayandırıb. Bundan sonra ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden Demokrat Partiyasından prezidentliyə vahid namizəd olub.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, budəfəki prezident seçkilərində qələbə qazanmaq Donald Tramp üçün çətin olacaq:

“Həm koronavirus pandemiyası, həm də neftin qiymətinin ucuzlaşması ABŞ daxilindəki iqtisadi vəziyyəti pisləşdirdi. Koronavirus ABŞ səhiyyəsindəki problemləri üzə çıxardı. Hazırkı vəziyyət Trampın əleyhinədir və onun budəfəki seçkilərdə əvvəlki nəticənin yarısını əldə edə biləcəyini belə düşünmürəm. Məncə ABŞ vətəndaşları sabiq vitse-prezident Co Baydenə üstünlük verəcək”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz