İDMAN

Bakıdakı dünya çempionatının yeni tarixi məlum oldu

Bütün dünya çempionatlarının növbəti ildə keçiriləcəyi və bu yarışların tarixinin yenidən planlaşdırılması üçün təşkilatçı federasiyalarla əlaqə saxlanıldığı bildirilib.
Sputnik

BAKI, 10 aprel — Sputnik. Bakıda keçirilməsi bu il nəzərdə tutulan və təxirə salınan Aerobika gimnastikası üzrə dünya çempionatı 2021-ci ildə olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Beynəlxalq Gimnastika Federasiyası qərar verib.

Bütün dünya çempionatlarının növbəti ildə keçiriləcəyi və bu yarışların tarixinin yenidən planlaşdırılması üçün təşkilatçı federasiyalarla əlaqə saxlanıldığı bildirilib.

Qeyd edək ki, Bakıdakı dünya çempionatı 14 - 16 mayda nəzərdə tutulmuşdu. Yarış koronavirus pandemiyasına görə təxirə salınıb.