BAKI, 9 aprel — Sputnik. Futbol üzrə 2020-ci il Avropa Çempionatına ev sahibliyi edəcək şəhərlərin zəmanətlərinin təsdiqlənməsi üçün son tarix aprelin sonlarına təyin edilib, bundan sonra kimin turniri keçirməyə hazır olduğunu deyə bilərik.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə AVRO-nun Sankt-Peterburqda Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin deyib.
Cümə axşamı "Daily Mail" nəşri AVRO-2020 oyunlarına ev sahibliyi edən şəhərlərin sayının azaldıla biləcəyini bildirib.
"Tezliklə hər şey aydın olacaq, çünki aprelin sonuna təyin edilmiş son tarix var. Zəmanətlər o vaxt təsdiqlənməlidir. Bundan sonra hansı şəhərlərin öhdəliklərini təsdiqləməyə və nəticədə AVRO-nun təşkilində iştiraklarını davam etməyə hazır olduqlarını və hansıların hazır olmadıqlarını əminliklə demək mümkün olacaq", - Sorokin RİA Novosti-yə bildirib.
İyunun 12-dən iyulun 12-dək Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçirilməsi planlaşdırılan AVRO-2020 koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb.