BAKI, 8 aprel — Sputnik. Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərərgahın brifinqində söyləyib. Onun sözlərinə görə, polis tərəfindən son 24 saat ərzində 3073 nəfər xüsusi karantin rejimi qaydalarını pozub. Onlar inzibati qaydada protokol tərtib edilərək cərimələniblər, 12 nəfər isə inzibati qaydada həbs edilib.