FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Paytaxt karantin rejiminin sərtləşməsindən sonra

Sputnik

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək ölkədə hərəkət məhdudiyyətləri tətbiq edib. 

Bu qaydaların tətbiqindən sonra bir qrup şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında, digər qrup şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra küçəyə çıxmasına icazə verilir. 

Bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar;

yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

Bu məhdudiyyətlərə riayət edənlər də var, onları pozanlar da. Sputnik Azərbaycan qeyd olunan qayda qüvvəyə mindikdən sonra paytaxtdakı durumu lentə köçürüb.

1 / 21
Bu küçədə az da olsa, hərəkətlilik var
2 / 21
Karantin günlərində ən vacib işlərdən biri dezinfeksiyadır
3 / 21
Bu şəxsin əlində əlcək də olsa, heç pis olmaz
4 / 21
Sərnişindaşıma şirkətləri öz işlərini adi qaydada olmasa da, davam etdirirlər
5 / 21
Günəş o binaların arxasından boylanaraq insanlara həyatın davam etdiyi ümidini verir
6 / 21
Bakıda karantin qaydaları sərtləşdirilib
7 / 21
Bura görünüşündən Şəmsi Bədəlbəyli küçəsinə bənzəyir
8 / 21
İndi paytaxt küçələrində oksigen bolluğudur
9 / 21
Bu qızıl, gümüş indi kimə lazımdır?
10 / 21
Heç də ürəkaçan mənzərə deyil
11 / 21
Paytaxtda hərbçilərlə polisin birgə patrulu
12 / 21
Yaşlı qadın yəqin ki, bu işlərinin sonunun necə olacağını fikirləşir
13 / 21
Vətəndaş polis əməkdaşına küçəyə çıxmasına icazə verən sənədi göstərir
14 / 21
Başqa vaxt yəqin ki, burada siqnal səsindən qulaq tutulurmuş
15 / 21
Balaca gördüyü mənzərəni uzun müddət, bəlkə də heç vaxt unutmayacaq
16 / 21
Bu skamyalarda əyləşməyin vaxtı elə indi idi
17 / 21
Yəqin ki, bu it də küçələrin belə böş olmasından heyrətə gəlib
18 / 21
Solda görünən "Dayan" işarəsini koornavirusa göstərmək lazımdır
19 / 21
Sərt karantin bu küçədə də əvvəllər görmədiyimiz mənzərəni yaradıb
20 / 21
Belə görünür ki, bu küçədən avtomobillə keçmək elə indi də çətindir
21 / 21
Digər peşə sahiblərindən fərqli olaraq, kuryerlərin işləri bu günlər lap çoxalıb