CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə itkin düşən şəxs axtarılır

Elsevər Sadıxovun əlamətləri belədir: boyu 170 sm, arıq bədən quruluşlu, saçları isə ağ-qara rəngdədir.
Sputnik

BAKI, 7 aprel — Sputnik. Gəncə şəhər sakini, ruhi xəstə, 1969-cu il təvəllüdlü Elsevər Sadıxov martın 26-da yaşadığı evdən çıxıb və Bakı şəhərinə gedərək itkin düşüb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, E. Sadıxovun əlamətləri belədir: boyu 170 sm, arıq bədən quruluşlu, saçları ağ-qara rəngdədir. Evdən çıxan zaman onun əynində göy cins şalvar, şabalıdı rəngli gödəkcə, ayağında qara rəngli ayaqqabı olub.

Gəncədə itkin düşən şəxs axtarılır

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin 022-266-33-75 şəhər və (055) 687-13-73 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.