SƏHİYYƏ

"Xırda problemlər". Niyə hər kəs pandemiyaya qarşı birləşmək istəmir

BMT Baş Assambleyasında Rusiyanın COVID-19 fonunda sanksiyaların ləğvi ilə bağlı qətnaməsi qəbul edilməyib. Siyasi analitik Pavel Şipilin Radio Sputnik-in efirində hələ heç də bütün ölkələrin pandemiyanın ciddiliyini dərk etmədiyini qeyd edib.
Sputnik

BAKI, 3 aprel — Sputnik. BMT Baş Assambleyasında birtərəfli olaraq və BMT-dən yan keçməklə tətbiq edilmiş, eləcə də koronavirusa qarşı mübarizəyə mane olan sanksiyaların ləğvi ilə bağlı Rusiyanın bəyannaməsi qəbul edilməyib. 28 dövlət sənədin həmmüəllifi olub. Amma ABŞ, Avropa İttifaqı (Aİ), Böyük Britaniya, Ukrayna və Gürcüstan sənədin qəbul edilməsinə imkan verməyiblər.

Bəyannamənin mətninə əsasən, dövlətlər öz aralarında və ÜST ilə əməkdaşlıq etməyə razılaşırlar, daha çox zərər çəkmiş ölkələrə yardım göstərirlər, ticarət müharibələrindən və birtərəfli sanksiyaların tətbiqindən imtina edirlər.

"Təəssüflənirik ki, sanksiya siyasətini müdafiə edən ölkələrin kiçik bir qrupu BMT baş katibinin çağırışına cavab verməyə hazır olmayıb və öz siyasiləşmiş yanaşmalarından və maraqlarından əl çəkə bilməyiblər", – Rusiyanın daimi nümayəndəliyinin şərhində bildirilir.

Narkotiklər və koronavirus: ABŞ nəhəng əməliyyata başlayır

Qeyd edilir ki, belə bir şəraitdə yeni pandemiya təhdidinə qlobal və həmrəy cavab vermək daha çətin olacaq – "ilk növbədə inkişaf etməkdə olan ölkələrdə çoxlu sayda insan zərər görə bilər".

Şərhdə deyilir ki, Moskva bəyannamə layihəsinin Aİ, ABŞ və Böyük Britaniya tərəfindən hansı məntiqlə və arqumentlə qarşısının alındığına dair eşitmək və yazılı formada açıqlama almaq istəyir.

Siyasi analitik Pavel Şipilin hesab edir ki, yaranmış vəziyyət hələ ki, heç də bütün ölkələrin vəziyyətin ciddiliyini dərk etmədiyini göstərir.

"Bu ölkələrin BMT Baş Assambleyasındakı davranışı onu göstərir ki, heç də hamı pandemiyanın yaratdığı təhlükəni dərk etməyib və özlərini soyuq müharibədə olduğu kimi aparmağa davam edilər, sanki heç nə baş verməyib", – Şipilin Sputnik radiosunun efirində bildirib. (https://radiosputnik.ria.ru/20200403/1569523835.html)

"Əslində pandemiyanı qaynar müharibə ilə müqayisə etmək tamamilə mümkündür və bütün dünya vahid düşmənə qarşı müharibə aparır. Elə görünürdü ki, dünya birləşməli idi, o, əvvəlki inciklikləri unutmalı və koronavirusa qarşı birlikdə mübarizə aparmağa başlamalı idi. Rusiya da bunu təklif edirdi. Lakin gördüyümüz kimi, pandemiyanın fonunda ölkələr əvvəlki kimi hansısa xırda problemlərdən narahatdırlar. Görünür ki, qurbanların sayı daha da artmalı, pandemiya bütün ölkələrə daha da çox zərər vurmalıdır ki, onlar nəhayət bəşəriyyətin mübahisələr barədə deyil, yaşamaq barədə düşünməli olduğunu xatırlasınlar", – Şipilin bildirib.