BAKI, 2 aprel — Sputnik. "Vətəndaşların icazə ilə çölə çıxması ilə bağlı sənəd hazırlanır, yaxın vaxtlarda açıqlanacaq". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, həmin sənəd hələlik təsdiqlənməyib: "Bu mexanizm üzərində iş gedir, yaxın saatlarda təsdiqlənəcək. Hələlik sənəd hazır olmadığından bu sənəd barədə məlumat vermirik. Sənəddə vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydaları və nəzarət mexanizmi öz əksini tapacaq".