RUSİYA

Maksim Qalkin: “Qonşuluqda yumorist prezident olmayana qədər, mənim fərqimdə olmayıblar”

Yumorist Maksim Qalkin Rusiya Prezidenti Vladimir Putin haqqında zarafatının populyarlığının səbəbini açıqlayıb.
Sputnik

BAKI, 1 aprel — Sputnik. Yumorist Maksim Qalkin Rusiya Prezidenti Vladimir Putin haqqında zarafatının populyarlığının səbəbini açıqlayıb. "Komsomolskaya pravda"ya müsahibəsində o, sözügedən yumorun ajiotaja səbəb olmasının "indiki reallıqlar"dan qaynaqlandığını irəli sürüb.

Koronavirus məşhur azərbaycanlı qızın Moskva və ABŞ-dakı biznesinə zərbə vurub

Qalkin deyib ki, siyasi satira ilə çoxdan məşğul olur. Ona görə də "Putin artıq soyad deyil, vəzifədir" zarafatının bu qədər diqqət cəlb edəcəyini gözləmirmiş.

"Düşünürəm ki, Vladimir Vladimiroviç (Putin - red.) də prezidentliyinin birinci ilindən mənim bunu etdiyimin fərqində olub, necə ki, Boris Nikolayeviçin (Yeltsin - red.) dövründə də mən bunu edirdim”, - deyə yumorist bildirib.

Onun fikrincə, son zamanlar siyasi yumor getdikcə azalır, "qonşu dövlətdə (Ukrayna – red.) isə prezident gözlənilmədən yumorist (Vladimir Zelenski - red.) oldu".

"Ola bilsin, bu iki amil cəmiyyətin məni xatırlamasına səbəb olub, bundan əvvəl isə onlar mənim nə ilə məşğul olduğumun fərqində olmayıblar”, - komik əlavə edib.

Daha əvvəl Putin Qalkinin Rusiya dövlət başçısı vəzifəsinə dair zarafatına münasibət bildirib. Prezidentin sözlərinə görə, "heç bir vəzifəsi olmayan adam istənilən zarafatı edə bilər".

Komik 2019-cu ilin oktyabrında Novosibirskdə çıxışı zamanı Putin haqqında zarafat edib. Konsertin videosu sosial şəbəkədə yayılıb. Qalkin orada Putin barədə deyib ki, "o, bizdən yaxşı anlayır, çünki artıq çoxdandır hakimiyyətdədir".

"İnsanlar artıq düşünürlər ki, Putin vəzifəli şəxsin soyadı deyil, vəzifənin özü Putin adlanır. Putin də ki, yalnız Putin ola bilər", - deyə o bildirib. Qalkin həmin çıxışında Rusiya televiziyasında senzura olduğunu da deyib. Bu isə sosial şəbəkədə və Qalkinin həmkarları arasında ajiotaja səbəb olub.