CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekologiya Nazirliyində rəhbər vəzifəyə təyinat olub

Bu təyinata qədər o, Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi olub. M.Qənbərov 19 ildir Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır
Sputnik

BAKI, 1 aprel — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni yaradılan Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəhbər təyinatı olub.

Nazirliyin mətbuat katibi İradə İbrahimova Sputnik Azərbaycan-a bildirib ki, Mirsalam Qənbərov Agentliyin idarə heyətinin sədri təyin edilib: "Bu təyinata qədər o, Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi olub. M.Qənbərov 2001-ci ildən​ Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır".