FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Karantin günləri: Pişiklərə qalan paytaxtımız

Sputnik

Daxili İşlər Nazirliyi (DİN) karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı əhaliyə müraciət edib.

Nazirlikdən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, DİN-in şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində xidmət aparır.

Vətəndaşlardan bir daha tələb olunur ki, evdən (mənzildən) yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən mağazalara və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə çıxsınlar.

1 / 26
Karantin günlərində Bakıda dezinfeksiya işləri
2 / 26
"Torqovı"nı belə xatırlayan yəqin ki, olmaz
3 / 26
Karantin günlərində Bakının kimsəsiz küçələri
4 / 26
İnsanları məsuliyyətə çağıran plakat
5 / 26
Bu kafe qiymətlərinə görə karantindən əvvəl də çox da dolu olmayıb
6 / 26
"İçərişəhər" metrosunun qarşısındakı bu görüntü isə kimsənin ağlına gəlməzdi
7 / 26
"Kimlərə qaldı dünya"
8 / 26
Bu yerdə isə həmişə "tıxac" olardı
9 / 26
"At ölüb, itin, daha doğrusu, pişiyin bayramıdır"
10 / 26
Paytaxtın "sakitləşmiş" daha bir guşəsi
11 / 26
Polislər və hərbçilər Bakı küçələrində
12 / 26
Burada deyəcək bircə Uill Smit öz iti ilə çatışmır
13 / 26
"Apokalipsis bu gün və burada"
14 / 26
Daxili qoşunların hərbi qulluqçusu növbə çəkərkən
15 / 26
Belə görünür ki, bəzi şeyləri anlatmaq çox çətindir
16 / 26
"Qaqa, imkan olsaydı, gedib Bakıda Torqovıda gəzərdik" sözlərini deyəndə bu hərbçilər yəqin bunun belə tez reallaşacağına inanmırdılar
17 / 26
Daxili qoşunların hərbçisi bu maska ilə özü də nümunə göstərir
18 / 26
Bu heykəl də indi baxımsız qalıb
19 / 26
Görəsən o dəyənəyin Hindistandakı kimi işə düşəcəyi gün olacaq?
20 / 26
Hərbçilər indi həm də bələdçi rolunu oynayırlar
21 / 26
Paytaxtın gələcək simvollarından biri
22 / 26
Deyəsən Bakı küçələrinin əsl yiyələri indi bunlardır
23 / 26
İnsafən buralar əvvəllər də çox izdihamlı olmurdu
24 / 26
Bura insanlar dincəlməyə gəlirdilər, deyəsən, indi təbiət adamlardan dincəlir
25 / 26
Bu mənzərdən də bir də olmayacaq
26 / 26
Maskalı qardaşın gördüyü işdən bezdiyini bilmək üçün alimliyə ehtiyac yoxdur