CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir də gördün, ulduzsan, divanda "yetişmisən"

Layihə çərçivəsində televiziya kanallarından birində hər gün təlim xarakterli "Yaradıcılığı evdə öyrən" verilişinin təşkili nəzərdə tutulub
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 30 mart — Sputnik. Hazırda ÜST tərəfindən "COVİD-19" xəstəliyinin pandemiya elan edilməsi, xəstəliyin dünya üzrə geniş kütlə arasında yayılmasını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi rejimə keçilməsi ilə bağlı qərar qəbul edilib.

Mədəni karantin: İndi pulun əhəmiyyəti qalmadı, əsas odur, vaxt getsin

Sputnik Azərbaycan xəbər verir ki, bu baxımdan digər sahələrdə olduğu kimi, mədəniyyətin onlayn təbliği, insanlara evdə boş vaxtlarını səmərəli təşkili üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi "Yaradıcılığı evdə öyrən - özünü kəşf et və bacarıqlarınla tanın" adlı yeni layihəyə start verib. Layihə insanlara yeni bacarıqları kəşf etməyə və özünə əminlik hisslərini gücləndirməyə imkan yaradacaq. Qurumdan bizə verilən məlumata görə, bu məqsədlə Nazirliyin "Youtube" kanalından, "Facebook", "Instagram" səhifələrindən maksimum istifadə olunmaqla adıçəkilən layihə həyata keçirilməkdədir.

Artıq layihəyə müxtəlif yaradıcı şəxslər qoşulublar. Belə ki, hər biri 30-45 saniyəlik #yaradıcılığıevdəöyrən layihəsinə qoşulmaqla bağlı çağırış videoları, eyni zamanda aşıq musiqisini və müxtəlif yaradıcı şəxslərin sahələri üzrə maarifləndirici, təlim videolarını artıq Mədəniyyət Nazirliyinin sosial şəbəkələrində görmək mümkündür.

Həmçinin layihə çərçivəsində televiziya kanallarından birində hər gün təlim xarakterli "Yaradıcılığı evdə öyrən" verilişinin təşkili nəzərdə tutulub. Daha geniş tamaşaçı kütləsini məlumatlandırmaq üçün bu veriliş efirdə olduğu vaxt bütün sosial şəbəkələrdə canlı olaraq nümayişi təşkil olunacaq.

Veriliş sadə formatda - bir aparıcı və bir qonaq əsasında hər gün üzrə 30-45 dəqiqə olmaqla təşkil edilməklə bərabər, müxtəlif növlər üzrə maarifləndirmə prosesinə həsr olunacaq. Verilişə dəvət olunacaq sahələrinin peşəkarları olan qonaqlar ilk günlərdə sahə üzrə ilkin bilik və bacarıqların təlimini aparacaq, növbəti günlərdə isə təlimin növbəti mərhələləri, master-klaslar nümayiş olunacaq.

Evini musiqi muzeyinə çevirən adam: “Son qəpiyimi də verib val almışam”

Veriliş çərçivəsində qısa rubrikanın təşkili və Azərbaycanın görkəmli mədəniyyət xadimləri barədə maraqlı faktlar təqdim edilməsi də plandadır.

Bu layihə həm də uşaq və yeniyetmələrin xüsusi marağına səbəb olacaq. Eyni zamanda evdə vaxtlarının səmərəli keçməsi üçün valideynlər də övladları ilə birgə yeni bacarıqlar əldə edə və bu bacarıqlarını daha da təkmilləşdirə biləcəklər. Layihə zamanı bütün təhlükəsizlik, gigiyenik qaydalara riayət edilməsi, nazirliyin aidiyyəti şöbələri ilə koordinasiya şəraitində həyata keçirilməsi nəzərə alınıb. Təşkilati məsələlər texnoloji imkanlardan (telefon, internet və s.) istifadə olunmaqla həll edilir.

Layihə çərçivəsində bu təlimlərdən əldə etdikləri bacarıqları videoya çəkərək "#yaradıcılığıevdəöyrən" həştəqi ilə paylaşan və nazirliyin rəsmi "Facebook" səhifəsini qeyd (tag) edənlərin ən çox bəyənilən ilk üç videonun sahiblərinə nümayiş etdirdikləri bacarıqlarına uyğun olaraq qiymətli hədiyyələr təqdim ediləcək.