BAKI, 30 mart — Sputnik. Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Tibbi sığorta haqqında" qanuna dəyişikliyə baxılıb.
Mövcud qanunvericiliyə görə, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq edilməli idi.
Amma indi təklif edilən dəyişikliyə görə bu müddət 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.
Dəyişiklik səsə qoyularaq qəbul edilib.