CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda klinika karantinə bağlandı

"Biz aprelin 1-dən etibarən karantin şəraitində çalışacağıq. Klinika digər xəstələrin qəbulu üçün bağlıdır"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 mart — Sputnik. Azərbaycanda Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası koronavirus pandemiyası ilə əlaqədar karantinə bağlanıb. Bu barədə Sputnik Azərbaycan-a klinikaya müraciət edən xəstələr məlumat veriblər.

Sputnik Azərbaycan məlumatı dəqiqləşdirmək üçün klinika ilə əlaqə saxlayıb. Tədris Cərrahiyyə Klinikasından bildiriblər ki, klinika artıq xəstə qəbul etmir, karantinə bağlanıb: "Biz aprelin 1-dən etibarən karantin şəraitində çalışacağıq. Klinika digər xəstələrin qəbulu üçün bağlıdır".

Qeyd edək ki, bu gün ölkəmizdə daha 64 nəfər koronavirusa yoluxub.