RUSİYA

Moskva bağlanır – Mer ümumi təcrid elan etdi

Sobyanin bildirib  ki, yaxın günlərdə mənzili ancaq Moskva  hökuməti tərəfindən verilən xüsusi buraxılışla tərk etmək mümkün olacaq. O, ev rejiminin davamlı olaraq sərtləşdiriləcəyini də vurğulayıb.
Sputnik

BAKI, 29 mart — Sputnik. Moskva meri Sergey Sobyanin paytaxtda ümumi təcrid rejimi elan edib. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə öz bloqunda xəbər verib.

Rusiya humanitar pauza istəyir

Rejim martın 30-dan qüvvəyə minir. Rejimin qaydaları yaşından asılı olmayaraq paytaxtın bütün sakinlərinə şamil ediləcək. Bu zaman, vətəndaşların paytaxta gəlmək və ya paytaxtı tərk etmək hüquqları məhdudlaşdırılmır.

Sobyaninin sözlərinə görə, mənzili ancaq işə getmək (əgər vətəndaş işə getməyə məcburdursa), tibbi yardım üçün müraciət etmək, ən yaxın mağazadan və ya aptekdən nəsə almaq, ev heyvanlarını yaxın 100 metr ərazidə gəzdirmək, eləcə də zibil atmaq üçün tərk edə bilər.

Mer əlavə edib ki, yaxın günlərdə isə mənzili ancaq Moskva  hökuməti tərəfindən verilən xüsusi buraxılışla tərk etmək mümkün olacaq. O, ev rejiminin davamlı olaraq sərtləşdiriləcəyini də vurğulayıb.

Sobyanın martın 28-də və 29-da dəfələrlə vətəndaşları koronovirus infeksiyasına yoluxmamaq üçün evlərindən çıxmamağa çağırıb. Amma şəhər əhalisi bu çağırışlara məhəl qoymayıb – bir çoxları şəhərin mərkəzində və şəhər ətrafında gəzintiyə çıxıb.