Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 27 mart — Sputnik. "Hazırda metro işləyir. Lakin sərnişinlərə müraciət edərək onları evdən çıxmamağa səsləyirik".
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O insanları həmrəyliyə səsləyib: "Özünüz, yaxınlarınız və digərlərinin naminə həmrəylik göstərin, özünütəcrid qaydalarına əməl edin. Metrodan az, yalnız kəskin zərurət yarananda, istifadə edin.
Nazirlər Kabinetinin 23 mart tarixli qərarına və tövsiyələrinə ciddi əməl edin. Bir-birinizlə ara məsafəsinə əməl edin, bu məsələdə diqqətli olun".