Maqsud İbrahimbəyov yaradıcılıq mərkəzinin dəvəti ilə Bakıda xarici bələdçi və tarix mütəxəssisləri olan Rəna Fel-Mirqasımova və Sergey Yermolinskinin silsilə mühazirələri keçib. Bu cür maraqlı tandem bələdçilərin İtaliyada ekskursiya zamanı tanış olmasından sonra yaranıb.
Əslən azərbaycanlı ziyalı təbəqəsinin nümayəndəsi, “Şərəf” ordeninin kavaleri, rejissor və Xalq artisti Oqtay Mirqasımovun qızı olan Rəna Fel-Mirqasımova hələ 30 il bundan öncə İsrailə köçüb və orada tanınmış bələdçilərdən birinə çevrilib. Və əslən italiyalı bələdçi, orta əsrlər və Dirçəliş dövrlərin incəsənət tarixi üzrə mütəxəssis olan Sergey Yermolinski Fel-Mirqasımova ilə tanışlıqdan sonra mütləq Bakıya getməli olduğuna qərar verib.
Yermolinski artıq ikinci dəfədir şəhərimizə səyahət edib və bir daha əmin olub ki, bu ölkədə itib-batan deyil.
“Bakıya gələndə artıq gecə idi, çox gec idi və mənim başım ağrıyırdı. Mən dözə bilmədim və elə gömrükdəcə dərman xahiş etdim. Mən elə o onda başa düşdüm ki, bu ölkədə mən yaxşı əllərdəyəm. Və artıq ikinci dəfədir ki, buradayam və həmin qonaqpərvərliyi yenə görürəm. Bakıda çox xoş insanlar yaşayır”, - deyə Yermolinski bizimlə bölüşüb.
Rəna Fel-Mirqasımova isə əmindir ki, keçmiş bakılı olmur və o, tez-tez Azərbaycana gəlir.
“Mən əslən bakılıyam. İsrailə köçəndən sonra həyat tərzim o qədər də dəyişməyib. İsraildəki həyat tərzi də uşaqlıqdan vərdiş olduğum həyata çox bənzəyir, buna görə də bir çox şeyi dəyişmək məcburiyyətində qalmadım. Günəş buradakı kimi mehriban və istidir. İnsanlar və gülüşlər çox bənzərdir. Hətta mətbəx və musiqi...” - deyə o bizə danışıb.
Və indi bu iki bələdçi öz ölkələrində Bakı haqqında danışır və hər kəsə bu günəşli şəhərə səyahət etməyi məsləhət görürlər. Bundan əlavə Rəna Fel-Mirqasımova Azərbaycanı xaricdə aktiv olaraq təbliğ edir və “Bakı küləklərinin nağılı” adlı turunda ölkə haqqında danışacaq.