İDMAN

Avropanın ən məşhur klublarının birinin oyunçularından gözlənilməz addım

Ehtimal edilir ki, narazılar qrupuna Lionel Messi istisna olmaqla, komandanın ən çox əmək haqqı alan oyunçuları daxildir.
Sputnik

BAKI, 26 mart — Sputnik. "Barselona" futbolçuları koronavirus pandemiyasına görə əmək haqqlarının bir hissəsindən imtina etmək təklifinə qarşı çıxıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, kataloniyalıların rəhbəri İspaniya çempionatının dayandırılmasl, klubun gəlirlərinin azalması səbəbilə oyunçulara əmək haqqlarının azaldılmasını təklif edib. Klub, koronavirusun yayılması səbəbiylə böhran içində olmaqdan narahatlığını ifadə edib. Ancaq idmançıların əksəriyyəti təklifdən imtina edib.

Narazılar hesab edib ki, klub milyon avro sərf edilən uğursuz transferlərlə özünü bu vəziyyətə salıb.

Ehtimal edilir ki, narazılar qrupuna Lionel Messi istisna olmaqla, komandanın ən çox əmək haqqı alan oyunçuları daxildir.

Martın 25 qeyd olunmuşdu ki, "Barselona" 8 futbolçu transfer edə bilər.

Xatırldaq ki, əksər futbol oyunları koronavirusun yayılmasına görə dayandırılıb.