ABŞ-da koronavirus 800-dən çox insanı öldürdü

Martın 24-də Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, ABŞ yeni koronavirus infeksiyası ocağına çevrilə bilər
Sputnik

BAKI, 25 mart — Sputnik. ABŞ-da COVID-19 koronavirus xəstəliyindən 849 insan dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Cons Hopkins Universiteti yayıb.

Ən çox qurbanı Nyu-York verib: burada ölənlərin sayı 192 nəfərdir. Ölkədə ümumilikdə 60 min insan koronavirusa yoluxub.

Moskvada iki nəfər koronavirusdan öldü

Aparıcı epidemioloq Ayra Loncini demişdi ki, ABŞ-da koronavirusdan ölümlərin pik həddi üç həftə sonra gözlənilir. Onun proqnozuna görə, ölüm sayının bu cür artması, ilk növbədə səhiyyə sisteminin yüklənməsinə gətirib çıxaracaq.  Ancaq o güman edir ki, bir müddət sonra hökumət insanların hərəkət məhdudiyyətini qismən aradan qaldıracaq, çünki "maksimal itki artıq geridə qalacaq".

Martın 24-də Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, ABŞ yeni koronavirus infeksiyası ocağına çevrilə bilər. Təşkilatın nümayəndəsi Marqaret Harrisin sözlərinə görə, hazırda ABŞ-da koronavirus yayılmasının çox yüksək templəri qeydə alınır.

Son məlumatlara görə, dünyada 454 mindən çox insan koronavirusa yoluxub, 20 min insan dünyasını dəyişib, 113 min isə sağalıb. COVID-19 pnevmoniyasının ilk alovlanması 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb.