CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Olimpiya oyunları təxirə düşdü

Martın 22-də BOK bəyanat vermişdi ki, Tokio Olimpiadasını təyin olunmuş vaxtda keçirmək planlaşdırılır. Komitə hesab edirdi ki, Yaponiyada koronavirusla əlaqədar vəziyyət düzəlməyə doğru gedir
Sputnik

BAKI, 23 mart — Sputnik. 2020-ci ildə Tokioda keçirilməsi planlaşdırılan Yay Olimpiya oyunları bir il müddətinə təxirə salınıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Beynəlxaq Olimpiya Komitəsinin fəxri üzvü Dik Paund USA Today-ə deyib.

Paund bildirir ki, Oyunlar koronavirusun yayılması səbəbi ilə təxirə salınıb.

Martın 22-də BOK bəyanat vermişdi ki, Tokio Olimpiadasını təyin olunmuş vaxtda keçirmək planlaşdırılır. Komitə hesab edirdi ki, Yaponiyada koronavirusla əlaqədar vəziyyət düzəlməyə doğru gedir.

Bundan sonra Kanada və Avstraliya yığmaları Olimpiadada iştirakdan imtina etdilər. Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının başçısı Sebastyan Kou da məktubunda bildirdi ki, Olimpiadanın təyin olunmuş vaxtda keçirilməsi "nə arzuolunan, nə də realdır". Tokioda Oyunlar iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.