CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Fövqəladə rejim istisna olunmur"

"Əgər ölkədə vəziyyət əhalinin təhlükəsizliyinə yönələn şəkildə davam edərsə, fövqəladə vəziyyət elan edilə bilər"
Sputnik

BAKI, 23 mart — Sputnik. Azərbaycanda fövqəladə rejimin elan olunmasına hələ ehtiyac duyulmur.

Sputnik Azərbaycan bildirir ki,  bunu ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, fövqəladə vəziyyətin elan edilməsi yenə də istisna da edilmir: "Əgər ölkədə vəziyyət əhalinin təhlükəsizliyinə yönələn şəkildə davam edərsə, fövqəladə vəziyyət elan edilə bilər".