HADİSƏ

Balakəndə quldur əmioğlular tutuldu

Hər iki şəxs barəsində Balakən RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.
Sputnik

BAKI, 21 mart – Sputnik. Balakən Rayon Polis Şöbəsinə rayonun Gərəkli kəndində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub.

Şəkidə quldurluq: Maşını vurub, 20 min manat pul apardılar

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, martın 17-də saat 23 radələrində kənd sakini Vaqif Rüstəmova məxsus mağazaya oğurluq məqsədilə gəlmiş iki nəfər mağaza sahibinin orada olduğunu öyrənəndən sonra onu arxadan boğaraq, bıçaqla xəsarət yetirmək istəyiblər. V.Rüstəmov həmin şəxslərə qarşı müqavimət göstərdikdə onlar qaçaraq, ərazidən uzaqlaşıblar.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətmiş şəxslərin zərərçəkmişin həmkəndliləri, əvvəllər məhkum olunmuş 23 yaşlı Abdulla Abdullayev və 27 yaşlı Orxan Abdullayev olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb, törətdikləri cinayət əməlini etiraf ediblər. 

Hər iki şəxs barəsində Balakən RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.