CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On xəstəxana xüsusi rejimdə işləyir

"Karantin tədbirləri görülür, yeni laboratoriyalar alınıb. Qısa müddət ərzində ən müasir dörd laboratoriya alınıb və hazırda bizim laboratoriyalarımızın sayı 10-a çatıb"
Sputnik

BAKI, 19 mart — Sputnik. "Bütün uşaq bağçaları, məktəblər, ali məktəblər bağlanıb, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib. Göstərişimlə xəstəlik, onun yayılması və nəticələri ilə bağlı vətəndaşlara müntəzəm olaraq bütün məlumatlar verilir".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən deyib.

Prezident görülən digər tədbirlərdən də danışıb:

"Karantin tədbirləri görülür, yeni laboratoriyalar alınıb. Qısa müddət ərzində ən müasir dörd laboratoriya alınıb və hazırda bizim laboratoriyalarımızın sayı 10-a çatıb. Lazım olarsa, əlavə laboratoriyalar da alınacaq. On xəstəxana xüsusi rejimdə işləyir. Bu xəstəxanalar ölkəmizin müxtəlif bölgələrində yerləşir, o cümlədən Bakı şəhərində".

"Bu xəstəxanalarda həm xəstələrin müalicəsi aparılır, həm də karantin tədbirləri görülür", - deyə ölkə başçısı qeyd edib.