RUSİYA

Rusiyada da məktəblər bağlandı

Moskvada olan məktəblilər isə martın 21-dən tətilə çıxacaqlar. Qeyd edək ki, ən son məlumatlara görə, Rusiyada 114 koronavirusa yoluxma halı qeydə alınıb
Sputnik

BAKI, 18 mart — Sputnik. Rusiya məktəblərində koronavirusun yayılmasının qarşısının alınması məqsədilə 3 həftəlik tətil elan olunub. Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Təhsil naziri Sergey Kravtsov bildirib.

Məlumata əsasən, tətil martın 23-ü başlayıb, aprelin 12-də bitəcək.

“Məktəblilər üçün distant təhsil təşkil olunacaq”, – deyə nazir bildirib.

Moskvada olan məktəblilər isə martin 21-dən tətilə çıxacaq. Qeyd edək ki, ən son məlumatlara görə, Rusiyada 114 koronavirusa yoluxma halı qeydə alınıb.