CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Koronavirus cinayəti” qanuna salınır – Cərimə və həbs

Real təhlükə yaradanlar 2,5 min manatdan 5 min manatadək miqdarda cərimə ediləcək, və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqlar
Sputnik

BAKI, 17 mart – Sputnik, Xalid Məmmədov. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni maddə əlavə edilir.

Azərbaycanda koronavirus: qorxunc virus özünü necə aparır

Sputnik Azərbaycan-ın məlumatına görə, Cinayət Məcəlləsinə 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddə əlavə olunur.

Həmin maddəyə görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, sözügedən dəyişilklik Milli Məclisin bu gün keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.