Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan.
BAKI, 16 mart — Sputnik. Azərbaycanda bəzi ticarət mərkəzlərində satıcılar sosial izolyasiya tədbirlərinə riayət etmirlər.
"Gənclik Mall"da bir sıra mağazalar şəbəkələrində çalışan işçilər Sputnik Azərbaycan-a rəhbərliyin onlara tibbi maska taxmağa icazə vermədiyini bildiriblər.
Sputnik Azərbaycan mövzunu araşdırmaq üçün Nazirlər Kabineti yanında yaradılmış Qərargahla əlaqə saxlayıb. Qərargahın əməkdaşı Taleh Zeynalov Sputnik Azərbaycan-a bildirib ki, "Gənclik Mall" və “Port Baku” ticarət mərkəzlərində istilik ölçən cihazların qoyulmadığı barədə də onlara məlumat daxil olub: "Ticarət mərkəzləri qoyulan sosial izolyasiya tədbirlərinə riayət etməlidirlər. Bəzən ticarət mərkəzlərinin işçiləri maska taxmaqdan imtina edirlər. Bu kimi hallara İqtisadiyyat Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət etmələri tapşırılıb".