HADİSƏ

Yüksək sürət can aldı

Qax istiqamətində hərəkətdə olan Qax rayon sakini Amiran Papiaşvili idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olarkən rayonun Əmbərçay kənd sakini, 1953-cü il təvəllüdlü Fikrət Sadıx oğlu Əhmədovu vurub
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,  15 mart — Sputnik. Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İsmayıllıda dəhşətli qəza: Ölənlər və yaralananlar var – FOTO

Hadisə bu gün axşam saatlarında Şəki-Qax yolunun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax istiqamətində hərəkətdə olan Qax rayon sakini Amiran Papiaşvili idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olarkən rayonun Əmbərçay kənd sakini, 1953-cü il təvəllüdlü Fikrət Sadıx oğlu Əhmədovu vurub.

Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına aparıldıqdan bir qədər sonra dünyasını dəyişib.

Qeyd edək ki, bu gün səhər saatlarında da sözügedən rayonda  piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, "Ford" markalı avtomobil Qax rayon sakini, 1963-cü il təvəllüdlü Arif Şahid oğlu Abdullayevi vurub.

Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 57 yaşlı A.Abdullayevin vəziyyətinin ağır olduğu bildirilir.

Hər iki hadisə ilə bağlı araşdırmalar aparılır.