CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda daha bir müəssisə koronavirusla bağlı fəaliyyətini dayandırdı

AMEA-nın Mərkəzi Elmi Kitabxanası qeyri-müəyyən vaxta qədər oxuculara xidmət göstərməyəcək. Onun fəaliyyəti bu gündən dayandırılır
Sputnik

BAKI, 13 mart — Sputnik. Mərkəzi Elmi Kitabxana (MEK) koronavirus təhlükəsi ilə əlaqədar oxucular üçün müvəqqəti olaraq qapılarını bağlayıb. MEK-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, AMEA-nın Mərkəzi Elmi Kitabxanası qeyri-müəyyən vaxta qədər oxuculara xidmət göstərməyəcək.

Bu gündən kitabxana koronavirus təhlükəsi ilə əlaqədar ölkədə həyata keçirilən tədbirlər çərçivəsində fəaliyyətini müvəqqəti olaraq dayandırır.